Dəhşətli hesabat: Əsirlərə cəsəd yedirilib, insan qanı içirilib - FOTOLAR

29-10-2015, 17:13           
Dəhşətli hesabat: Əsirlərə cəsəd yedirilib, insan qanı içirilib - FOTOLAR
Cənubi Sudanda insanlar ölü insan əti yeməyə məcbur edilib. Belə ki, bu ölkədə yaşanan müharibələrdə insanlara qarşı törədilən cinayətləri araşdırmaq üçün yaradılan komissiya ölüm, işgəncə, orqan kəsmə və təcavüzlə yanaşı, insanları ölü əti yeməyə və qan içməyə məcbur etmə kimi halların da baş verdiyinə dair faktlar olduğunu açıqladı.

BBC-nin verdiyi xəbərə görə, Afrika Birliyi Cənubi Sudanda 2013-cü ilin sonunda başlayan qarşıdurmalarda həm ordunu, həm də üsyançıları hərbi cinayət törətməkdə günahlandırıb. Yaradılan komissiya digər işgənclərlə yanaşı, vətəndaşların ölü insan əti yeməyə məcbur edilməsini də ortaya çıxarıb.

Komissiyanın hesabatında bu cinayətlərin əksəriyyətinin vətəndaşlara qarşı törədildiyi bildirilib. Bununla yanaşı, komissiya döyüşlər əsnasında soyqırım cinayətinin işlənmədiyinə qərar verib.

Cənubi Sudanda avqustda sülh razılaşması imzalanmasına baxmayaraq, atəşkəsin tez-tez pozulması səbəbindən gərginlik davam edir.

12 milyon əhalisi olan ölkədə vətəndaş müharibəsi səbəbindən az qala hər beş adamdan biri evini tərk etmək məcburiyyətində qalıb. Ölkədaxili döyüşlərdə on minlərlə insan həyatını itirib, iki milyon insan evlərini tərk etməyə məcbur olub. Çünki Cənubi Sudanda son 60 ilin 42 ili vətəndaş müharibəsi ilə keçib.

Keçmiş Nigeriya prezidenti Olusegun Obasanjonun rəhbərliyi ilə ötən il yaradılan komissiya, Juba, Bor, Bentiu və Malakal şəhərlərində insanların mərhəmətsizcə öldürüldüyünü, qaçırılan qadınların cinsi zorakılığa məruz qaldıqlarını açıqlayıb.

Paytaxt Jubadakı bəzi şahidlər komissiya üzvlərinə insanların yeni öldürülən adamların ətlərini yeməyə və qanlarını içməyə məcbur edildiyini söyləyiblər.

Şahidlərin sözlərinə görə, təzə ölmüş insanların qanları yığılıb, digər insanlara içirilirmiş və yanmış insan cəsədləri zorla yedirilirmiş.

Komissiya hesabatında ölkədə kütləvi məzarlıqların taplıdığını da bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.