Putindən MDB-nin xüsüsi xidmət rəhbərlərinə mesaj: “Ətrafımızdakı təhlükə dərinləşməkdədir”

29-10-2015, 21:09           

“Ölkələrimizin ətrafında yaranmış təhlükə daha da dərinləşməkdədir. MDB-nin cənub sərhədlərində ənənəvi təhlükələrədən savayı yeniləri yaranır”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin MDB dövlətlərinin xüsusi xidmətlərinin rəhbərləri ilə görüşü zamanı bildirib.

Prezident qeyd edib ki, Əfqanıstanda və Yaxın Şərqdə mürəkkəb situasiya formalaşıb.

“Vəziyyətin mürəkkəbliyini hamımız başa düşürük. Xüsusi xidmətlərin effektiv işi olmadan bizim ölkələr inkişaf edə, mütəşəkkil cinayətkarlıqla, terrorla təkbaşına mübarizə apara bilməz. Odur ki, ümumi problemlərin müzakirəsi zamanı qərarlar qəbul edərkən öz işinizi koordinasiya edin. Bu həddən artıq mühümdür”, -deyə Putin bildirib.

Qeyd edək ki, Moskvada MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin Şurasının 39-cu iclası keçirilir. Azərbaycanı MTN-dən Hilal Əsədov təmsil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.