Liviyanın Sirt vilayətindəki İŞİD mövqelərinə naməlum təyyarələr tərəfindən hava hücumları olub.
Axar.az xəbər verir ki, “Röyter” agentliyinin yaydığı məlumata görə, gecə hücumunu konfliktdə iştirak edən tərəflərdən heç biri öz üzərinə götürməyib. İnsident nəticəsində həyatını itirənlər haqda da rəsmi məlumat yoxdur.
Xatırladaq ki, bu, oktyabr ayı ərzində baş vermiş ikinci hava hücumudur.