Moskvada toy mərasimində partlayış: Bəy və gəlin yanıq xəsarətləri aldılar VİDEO

24-06-2025, 09:12           
Moskvada toy mərasimində partlayış:
Moskva vilayətinin Dolqoprudnı şəhərində keçirilən toy mərasimində pirotexniki qurğuların nasaz işləməsi nəticəsində partlayış baş verib.

Bu barədə "Shot" "Telegram" kanalı xəbər verir.

Bildirilir ki, atəşfəşanlıq, gözlənildiyi kimi, səmada parlaq fişənglərlə yox, alovlu zərbələrlə iştirakçıların üstünə yönəlib. Nəticədə bəy-gəlin də daxil olmaqla bir çox qonaq yanıq və başqa xəsarətlər alıb.

Cütlüyün sözlərinə görə, baş verənlərdə əsas günahkar pirotexnik mütəxəssisidir. Onlar bildiriblər ki, həmin şəxs tədbir günü uzun müddət zənglərə cavab verməyib və yalnız təyin olunmuş vaxtdan 20 dəqiqə əvvəl yarım saat gecikəcəyini xəbər verib. Gecikərək gələn pirotexnik avadanlığı tələsik və səhlənkarlıqla quraşdırıb.

Hadisəyə səbəb olduğu iddia edilən pirotexnik isə üzərinə məsuliyyəti götürməkdən imtina edir.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru