Təhlükəli XƏBƏRDARLIQ: Üç böyük ölkə İrana hücum etsə....

24-06-2025, 08:44           
Təhlükəli XƏBƏRDARLIQ: Üç böyük ölkə İrana hücum etsə....
“İranın ABŞ-ın Qətərdəki və ya ümumilikdə Yaxın Şərqdəki bazalarına hücumunun məqsədi dünyaya “güclü göründüyünü” nümayiş etdirmək və öz nüfuzunu qorumaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi analitik İqor Korotçenko deyib.

O bildirib ki, Tehran həm də ABŞ hərbçilərinin itkisini minimuma endirmək, onların sığınacaqlara çəkilməsinə vaxt vermək niyyətindədir:

“Bu taktika ABŞ Prezidenti Donald Trampa real eskalasiya bəhanəsi yaratmamaq üçündür. Yəni həm canavarlar doysun, həm qoyunlar salamat qalsın. Amma ABŞ, ardınca Fransa, Böyük Britaniya İranı bombalayarsa, Tehran Hörmüz boğazını bağlayacaq. Bu halda, İranın itirəcək artıq heç nəyi qalmayacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru