Mən Hitleri yəhudilərə qarşı soyqırım törətməyə Qüds müftisi Məhəmməd Əmin Hüseyninin razı saldığını söyləməmişəm.
Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. O, bu barədə yayılan fikirlərin absurd olduğunu bildirib:
“Hitler 6 milyon yəhudinin qətlində birbaşa günahkardır. Yəhudilərin soyqırımını məhz alman faşistləri həyata keçirib. Burada başqa ölkələrin, yaxud şəxslərin təsiri olmayıb”.
Qeyd edək ki, Netanyahu bir müddət əvvəl Yəhudilər Konqresində Hitleri yəhudilərə qarşı soyqırım törətməyə məhz Qüds müftisi Məhəmməd Emin Hüseyninin razı saldığını açıqlamışdı.