PUTİNİN ƏSAS MEDİA RUPORU QARABAĞ SEPARATİZMİNƏ AÇIQ DƏSTƏK VERİR

11-08-2019, 18:50           
PUTİNİN ƏSAS MEDİA RUPORU QARABAĞ SEPARATİZMİNƏ AÇIQ DƏSTƏK VERİR
Rusiyanın erməni mənşəli jurnalisti, “Russia Today” televiziyasının rəhbəri Marqarita Simonyan prezident Vladimir Putinin ən sevimli jurnalistlərindən sayılır. Belə olmasaydı Kreml sahibi Krasnodar vilayətinin sıradan bir erməni jurnalistini Rusiya hakimiyyətinin xarici ölkələrdə əsas media ruporu sayılan “Russia Today” televiziyasının başına gətirməzdi. Marqarita Simonyan həm Ermənistanın keçmiş prezidenti Serj Sərkisyandan, həm də Putindən medal alıb. Onun Dağlıq Qarabağ separatçılarına rəğbəti də bəllidir. Ancaq Marqarita Simonyan bu dəfə bütün hədləri aşıb.

Marqarita Simonyan İnstagram səhifəsində 106 yaşlı əli avtomatlı qarabağlı nənəsinin şəklinin altına bu sözləru yazıb: “Nənəm 106 yaşında Qarabağda müharibə zamanı evini avtomatla qoruyurdu. Mən də yaşlaşanda belə görünəcəm”. Başqa sözlə Simonyan demək istəyir ki, qocalanda əli silahlı Qarabağda qohum-əqrəbasına belə dəstək verəcək.

Marqarita Simonyan sıradan bir jurnalist olsaydı buna fikir verməmək də olardı. Ancaq o dediyim kimi, Kremlin həm əsas ideoloji ruporuna başçılıq edir, həm də Putinə ən yaxın jurnalistlərdən sayılır. Demək, Kremlə elə Qarabağ separatizmini dəstəkləyən jurnalist lazımdır. Bu yanaşmanın özü “Rusiya Azərbaycanın torpaq bütövlüyünə hörmətlə yanaşır” nağılını bir daha çılpaqlığı ilə üzə çıxarır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.