Rusiyada çimərliklər açılır

6-06-2020, 11:07           
Rusiyada çimərliklər açılır
Rusiyanın Krasnodar diyarında bu gündən çimərliklər açılır.

TASS xəbər verir ki, karantin rejimi qaydalarının yumşaldılması çərçivəsində bölgədə açıq havada kafelər, restoranlar, parklar və dənizkənarı məkanlar açılıb.

Diyarın qubernatoru Veniamin Kondratyev bildirib ki, karantin rejimi ilə bağlı şərtlər yumşalandan sonra sakinlərin əksəriyyəti gəzintiyə çıxıb:

“Bu bizim nəzərimizdən qaçmayan reallıqdır. Biz insanların bir yerdə çox toplaşmamasına çalışmalıyıq”.

Soçi şəhər administrasiyasının kurortlar və turizm şöbəsinin müdiri Svetlana Batyaykinanın sözlərinə görə, iyunun 6-dan iyirmidən çox çimərlik açılacaq, digərlərinin isə növbəti həftə ərzində açılması planlaşdırılır.oxu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.