Simonyan Zaxarovanın sözlərini şərh edib: - Ermənistan artıq Rusiyaya cavab verib

6-05-2024, 14:06           
Simonyan Zaxarovanın sözlərini şərh edib: - Ermənistan artıq Rusiyaya cavab verib
Ermənistan parlament sədri Alen Simonyanın açıqlamaları ilə bağlı Rusiya Federasiya Şurasının məktubuna cavab verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə parlamentinin spikeri Alen Simonyan parlamentdə jurnalistlərə bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva rusiyalı parlamentarilərin göndərdiyi müraciətə erməni həmkarlarından cavab gözləyir. O, ümid etdiyini bildirib ki, Ermənistan tərəfinin bunu etmək üçün “kifayət qədər gücü olacaq”.

Simonyanın sözlərinə görə, cavabı bir-iki gün sonra parlamentin xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan Rusiyaya göndərib.

"Yəqin ki, elə həmin an xanım Zaxarovaya bu cür reaksiya vermək və başqa suallara cavab verməmək əlverişli olub", - deyə Alen Simonyan Rusiya XİN sözçüsü Mariya Zaxarovaya cavab verib.

Erməni spiker Zaxarovanun həftəlik brifinqinin səhnələşdirildiyini söyləyib:"Axı aydındır ki, qabaqcadan hazırlanmış suallar və cavablardan ibarət brifiq keçirilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru