Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

2-05-2024, 20:35           
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
Bakcellin Baş İcraçı Direktoru, Klaus Mueller Azərbaycanın ilk qadınlar arasında Avropa çempionu şahmatçısı Ülviyyə Fətəliyevanı möhtəşəm qələbə münasibətilə təbrik etdi.
Bakcell baş ofisində keçən görüşdə qrossmeyster Ülviyyə Fətəliyevaya qızıl Bakcell nömrəsi və 1 illik balans hədiyyə edildi və son model smartfon təqdim olundu. Şahmatçımızın qələbəsinin bütün Azərbaycanı qürurlandırdığını bildirən Bakcell Baş İcraçı Direktoru Ülviyyə Fətəliyevaya karyerasında uğurlarının daimi olmasını diləyib.
Görüş zamanı Bakcellin yeni brend kimliyindən danışan Klaus Mueller bildirib ki, loqodakı 5 dinamik fiqur gələcəyə yol açan bir ulduz yaradır. Bu ulduz insanları, məkanları və dəyərli anları bir-birinə bağlayır və çempion şahmatçımızın bugünkü qələbəsi məhz belə anlardandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru