Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb - FOTO

3-05-2024, 21:37           
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb - FOTO
Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı
Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan Bakı
şəhər rayonlarını əhatə edən məhəllələrarası mini futbol turnirinə yekun
vurulub.
2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2
mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan futbol
yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin
tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.
Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və
yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində
yaradılan abad məhəllələrdəki mini-futbol stadionlarında təşkil edilən
yarışlar olimpia sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1152 gənc
idmançının yer aldığı 96 komanda iştirak edib.
Turnirin birinci turu aprelin 20-nə kimi paytaxt rayonlarında
yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər
mərhələsində yarışıblar.
Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 3-
də final oyunları ilə yekun vurulub. Final oyununda Səbail rayonunun
“Bayıl” komandası Nizami rayonunun “Flaqman” komandası görüşüblər.
3 : 2 hesabı ilə qalib gələn Səbail rayonunun “Bayıl” komandası turnirin
qalibi olub.
3-cü yer uğrunda yarışda Qaradağ rayonunun “Lök Batan” komandası
Xətai rayonunun “Qarabağ” komandasına 6 : 1 hesabı ilə qalib gəlib.
Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə
mükafatlandırılıblar.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru