Gəncə- Daşkəsən Regional Təhsil İdarəsində ŞOK...Regionaldan bitməyən şikayətlər...

7-05-2024, 00:02           
Gəncə- Daşkəsən Regional Təhsil İdarəsində ŞOK...Regionaldan bitməyən şikayətlər...
Biznesmen iş adamı Qulam Ələkbərovun bacısı qızı, Milli Məclisin deputatı millət vəkili Anar Məmmədovun yaxın qohumu , halhazırda Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində direktor vəzifəsində çalışan Səadət Abbasova məktəbi öz " ata mülkünə " çevirib həyat yoldaşı ilə birlikdə məktəbi xarabaya çeviriblər. Bununla kifayətlənməyən xanım direktor Səadət Abbasova 18 yaşı tamam olmayan məktəbdə 11- ci sinifdə oxuyan öz qızının etdiyi cinayəti dayısı Qulamın və qohumu millət vəkili Anar Məmmədovun hesabına gizlətməyə müvəffəq olub.

Belə ki, direktorun qızı İsgəndərova Aytac Kamil qızı 17.08.2006- cı təvəllüdlüdür, 2023- cü ilin yanvar ayında qaçırılıb. Qaçırılsa da direktor qızının jurnalda adının qarşısına "q" yazdırmayıb, müəllimlərə təzyiq göstərərək qızına qiymətlər yazdırıb (KSQ, BSQ). Hətta direktor tabe olduğu Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunu, sektorun müdirini, məktəbin məsləhətçisini aldadıb, ən azından onlara məlumat verməli idi. Qızının adı jurnalda getsə də müəllimlər tərəfindən qızına qiymət yazılmamalı, sinif yoldaşları ilə birlikdə attestat imtahanında iştirak etməli deyildi. Eksternant qaydasında imtahanda iştirak edib attestat almalı idi.





Acınacaqlısı odur ki, aprel ayında qızı geri qaytarılıb, həyat yoldaşından ayrılıb, belə olduğu halda gəlib məktəbin son zəng tədbirində sinif yoldaşları ilə birlikdə iştirak edib. Dul arvadın, boşanmış gəlinin məktəbə gəlməsi, onlarla birlikdə son zəng tədbirində iştirak etməsi nə dərəcədə doğrudur?

Məktəb direktoru barəsində dayısı biznesmen, qohumu millət vəkili olduğu üçün hərhansı bir tədbir görülməli deyilmi?
Məktəbin kollektivi bu direktorun, gözətçi vəzifəsində çalışan həyat yoldaşı Kamil İsgəndərovun əlindən beziblər. Məktəbdə vəziyyət olduqca gərgindi, bu məktəbdə sənədləşmə işləri yox dərəcəsindədir.

İsgəndərova Aytac Kamil qızının oxuduğu ilin sinif jurnalı araşdırılmalı, məktəbə yoxlamalar gəlməli məktəb köklü, dərindən yoxlanılmalıdır.

Direktor Səadət Abbasovanın qızı İsgəndərova Aytac Kamil qızının 18 yaşı 17.08. 2024- cü il tarixində tamam olacaq. Şagird - İsgəndərova Aytac Kamil qızı- 17.08.2006- cı il təvəllüdlüdür. Qızın yaşı az olduğundan nigaha yaşı da düşməyib. Hazırda isə Mingəçevir Tibb Kollecinin 1- ci kursunda təhsil alır.

Qeyd edək ki, Abbasova Səadət12 ildən çoxdur direktor işləyir, məktəb biyabırçı vəziyyətdədir. Ştat işçilərindən hər ay pul yığır ki, aparıram təhsil sektoruna verirəm məktəbimizə gəlməsinlər yoxlama aparmasınlar. Çox qanunsuzluqlar var.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Elm və Təhsil naziri Cənab Emin Əmrullayevə, Ailə, Uşaq , Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya, Milli Məclisin deputatı millət vəkili Anar Məmmədova, cinayət əməli olduğu üçün Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə bu məsələyə münasibət bildirməlidirlər.
tehsilmedia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.