Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: - "Bəsdirin də, biz min dənə məktub yazırıq"

6-05-2024, 18:46           
Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: -
Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə 2018-ci ilin 30 iyun tarixində oğlu Həbib Axundovun adının hallandığı 8 milyonluq dələduzluq işi ilə əlaqədar olduğu iddia edilən “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli məktub barədə yayılan xəbərlərə aydınlıq gətirib.

E.Axundova Pravda.az-a açıqlamasında məktubda yazılanlar barədə bunları deyib: "Bəsdirin də, qurtarın bu işləri. Əşi, nə məktub yazmışam? Mən artıq pensiyaya çıxmışam. Qoyun, oturaq işləyək. Hansı məktubu yazmışam? Hə? Biz min dənə məktub yazırıq. Dəhşət. Off, mənim heç o məktub yadımda deyil. Yazırlar, yazsınlar. Heç nə deməyəcəyəm, nə deyə bilərəm? Onlar hər şey edə bilərlər. Bəlkə, özləri yazıb "qol" çəkiblər?"

Qeyd: Məktubu "Musavat.com" saytı yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru