Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”

6-05-2024, 17:04           
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Rusiyalı məşhur müğənni Andrey Qubin xəstəlik səbəbindən bütün bədənində olan ağrılara artıq öyrəşdiyini bildirib.

Bu barədə müğənni Rusiya televiziyasında efirə gedən verilişlərdən birində danışıb.

Qubin ürəyinin fasilələrlə döyündüyünü etiraf edib.

Sənətçinin sözlərinə görə, onurğa sütunu zədələndiyi üçün ürək döyüntülərinin ritmi pozulub. Uşaqlıqda aldığı idman zədəsi səbəbindən müğənninin ürəyi yanlış vəziyyətdədir.

Qeyd edək ki, ifaçı artıq 15 ildir bu xəstəliklə yaşayır.
“Mənə dedilər ki, ürəyini inkişaf etdir, həftədə beş dəfə idman edirəm. Müayinə olundum, dedilər ki, qanın yaxşıdır”, - o qeyd edib.

Xatırladaq ki, Qubin ikitərəfli üz prosopalgiyasından əziyyət çəkir. Xəstəliyə görə ulduzun nəfəs almasında, mimikasında və diksiyasında problemlər yaranıb. Sənətçi etiraf edib ki, xəstəliyi potensial sevgililəri ilə görüşlərə getməyə mane olur.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.