Lavrov Avropanın Rusiya ilə danışıqlar üçün zəmin yaratmamasından gileylənib

6-05-2024, 17:58           
Lavrov Avropanın Rusiya ilə danışıqlar üçün zəmin yaratmamasından gileylənib
Rusiya ilə Qərbi Avropa ölkələri arasında dialoq o zaman baş verə bilər ki, onlar onu maraqlar balansını qoruyaraq aparmağa hazır olsunlar, lakin hələlik bunun üçün heç bir zəmin yoxdur.

Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bosniya və Herseqovinanın tərkibində olan Serb Respublikasının ATV telekanalına müsahibəsində deyib.

Nazirin fikrincə, dialoq o zaman uğurlu ola bilər ki, Qərbi Avropa ölkələri “hamını və hər şeyi özünə tabe etmək, digər regionların, istər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiyanın işlərinə qarışmaq kimi müstəmləkəçilik siyasətinin tam mənasızlığını dərk etsin”.
“Onlar öz əməkdaşlığını güc balansı üzərində deyil, qanuni maraqlar balansı üzərində qurmağa hazır olduqda, perspektivli söhbət baş tuta bilər", - deyə Lavrov vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Rusiyanın XİN başçısı Qərbin Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışdığını iddia etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru