Kreml Rusiya ordusunun nüvə silahları ilə təlimlərinin səbəbini açıqlayıb

6-05-2024, 15:49           
Kreml Rusiya ordusunun nüvə silahları ilə təlimlərinin səbəbini açıqlayıb
Qeyri-strateji nüvə silahları ilə keçirilən təlimlər Qərbdən Ukraynaya qoşun yeritməyə hazır olduqları barədə bəyanatlarla bağlıdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Qərbin məlum bəyanatlarını təhlükəli adlandırıb.

Kremlin sözçüsünün sözlərinə görə, gərginliyin artmasının bu yeni mərhələsi misilsizdir, xüsusi diqqət və xüsusi tədbirlər tələb edir.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Prezident Vladimir Putinin tapşırığı ilə yaxın vaxtlarda Cənub Hərbi Dairəsi və Hərbi Dəniz Qüvvələrinin raket birləşmələri ilə təlimlərin keçirilməsi üçün hazırlıqlara başlayıb. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, təlimlər zamanı qeyri-strateji nüvə silahlarının işlənilməsi və tətbiqi praktikası üzrə bir sıra kompleks tədbirlər həyata keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru