Baydendən Belarus etirazçılarına dəstək gəldi: “Prezident Lukaşenko zorakılıqlardan çəkinməlidir”

11-08-2020, 10:46           
Baydendən Belarus etirazçılarına dəstək gəldi: “Prezident Lukaşenko zorakılıqlardan çəkinməlidir”
ABŞ-ın prezident seçkilərində qələbə qazanmağa ən çox ehtimal olunan Demokrat namizədi Cozef Bayden Belarusdakı etirazçılara dəstək verib.

KONKRET.az xəbər verir ki, bu barədə siyasətçinin bazar ertəsi Medium saytında yayımlanan bəyanatında deyilib.

“Səslərin şəffaf və dəqiq hesablanmasına və bütün siyasi məhbusların sərbəst buraxılmasına çağırışları dəstəkləyirəm. Prezident [Aleksandr] Lukaşenkodan da dinc etirazçıların hüquqlarına hörmət etməyə və sonrakı zorakılıqlardan çəkinməyə çağırıram”. ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden bildirib.

O, seçkilərdə qalib gələcəyi təqdirdə rəhbərliyinin “demokratik prinsipləri və insan haqlarını dəstəkləməkdən heç vaxt çəkinməyəcəyini” söyləyib.

Baydenin sözlərinə görə, Belarus xalqı istəyir ki, prezident Aleksandr Lukaşenkonun avtoritar rejimi tərəfindən 26 illik sistemli repressiyalarından sonra səslərini hamı eşitsin.

Amerikalı siyasətçi deyib ki, Belarusda seçkilər zamanı saxtalaşdırmalar baş verib.

Bayden vurğulayıb ki, etiraz aksiyalarında səslərin dəqiq sayılmasını tələb edən insanlar iştirak edirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.