Günəşdə son yeddi ilin ən güclü partlayışı baş verdi

15-05-2024, 08:10           
Günəşdə son yeddi ilin ən güclü partlayışı baş verdi
Günəş aktivliyinin cari tsiklində ən güclü partlayış çərşənbə axşamı baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçev məlumat verib.

O, izah edib ki, X9.3 səviyyəsindəki böyük partlayış sonuncu dəfə 2017-ci il sentyabrın 6-da, yəni təxminən yeddi il əvvəl müşahidə olunub.

Müşahidə məlumatlarına görə, yeni partlayış Yerdə maqnit qasırğasına səbəb ola bilər.
“Bu plazmanın Yerə gəlib çatma ehtimalı son dərəcə azdır, amma Yer atmosferinə güclü radiasiya yükü gözlənilir və hissəciklər tezliklə planetə çatacaq”, - Boqaçev qeyd edib.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru