Bayden: ABŞ Çinlə münaqişə deyil, ədalətli rəqabət istəyir
15-05-2024, 09:54
Çinə qarşı yeni gömrük rüsumları tətbiq etmək qərarı onunla münaqişəyə girmək niyyəti ilə deyil, onunla ədalətli rəqabət arzusudur.
Bunu ABŞ prezidenti Co Bayden deyib.
"Nəhayət, mən Çinlə ədalətli rəqabət istəyirəm, münaqişə deyil. Və biz 21-ci əsrdə Çinə qarşı bu iqtisadi rəqabətdə qalib gəlmək üçün hamıdan daha yaxşı mövqedəyik. Çünki biz Amerikaya və Amerika işçilərinə sərmayə qoyuruq", - deyə dövlət başçısı bildirib.