İtaliya millisinin futbolçusu AVRO-2024-dən kənarda qala bilər

15-05-2024, 11:04           
İtaliya millisinin futbolçusu AVRO-2024-dən kənarda qala bilər
İtaliya millisinin üzvü Nikolo Zaniolo Avropa çempionatında iştirak etməyə bilər.

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin ayağında zədə aşkarlanıb.

Müqavilə əsasında Türkiyə təmsilçisi "Qalatasaray"a məxsus olan, icarə əsasında İngiltərənin "Aston Villa" komandasında çıxış edən futbolçu 2 aya yaxın yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru