Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

15-05-2024, 07:50           
Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO
Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyini müəyyən ediblər. Söhbət dəvədəlləyi krevetindən gedir.

Məlum olub ki, yer üzündə sarsıdıcı zərbələri ilə (22 kalibrli güllənin təsirinə ekvivalent) tanınan bu canlılar həm də onlara tab gətirməyə qadirdirlər.

Santa Barbaradakı Kaliforniya Universitetinin tədqiqatçılarının təcrübəsi göstərdi ki, onlar mahiyyətcə yaxın məsafədən atılan 22 kalibrli güllənin təsirinə tab gətirə bilirlər. Bunun üçün onlar quyruqlarını bədənlərinin qarşısında qalxan kimi istifadə edirlər.

Bu, alimlərin böyük marağına səbəbə olub. Elm adamları krevetlərin həssas, yumşaq, onurğasız bədənini qoruyan sərt qabığı yüngül və davamlı materialların hazırlanması üçün öyrənmək istəyirlər.


Mənbə: Focus.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru