ABŞ və Rusiya qırıcıları yenidən üz-üzə: Gərginlik pik həddə/Video

16-09-2020, 10:54           
ABŞ və Rusiya qırıcıları yenidən üz-üzə: Gərginlik pik həddə/Video
Rusiya ilə Yaponiya arasında mübahisə mövzusu olan Kuril adaları ətrafında ABŞ-a aid müşahidə-kəşfiyyat təyyarəsi uçuş həyata keçirib və Rusiya MİQ-31-ləri ilə üz-üzə gəlməli olub.

Teleqraf.com xəbər verir ki, ötən günlərdə Baltik və Qara dəniz üzərində müşahidə olunan ABŞ-Rusiya gərginliyi bu dəfə Uzaq Şərqdə yaşanıb.

ABŞ-a aid B-1B strateji bormbardmançı və kəşfiyyat təyyarəsi Kuril adaları ətrafında uçuş həyata keçirib. Bundan dərhal sonra Rusiyaya aid MİQ-31 qırıcısı havaya qaldırılıb. Rus qırıcısı ABŞ təyyarəsinə yaxınlaşaraq onun ölkə sərhədlərinə daxil olmasına imkan verməyib.

Rusiya Müdafiə Nazirliyi ABŞ-a aid təyyarənin Rusiya hava sərhədini pozmadan geri qaytarıldığını və bunun beynəlxalq hüquqa uyğun olaraq atıldığını açıqlayıb.
https://video.haber7.com/video-galeri/171514-rus-ve-abd-ucaklari-yine-karsi-karsiya-uzak-doguda-gerilim-tirmandi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.