Obama tərcüməçisi vəsitəsi ilə qonaqlarla zarafat etdi - VİDEO

29-04-2015, 18:02           
Obama tərcüməçisi vəsitəsi ilə qonaqlarla zarafat etdi - VİDEO
Ənənəvi Ağ Ev Müxbirləri Dərnəyinin şam yeməyinə qatılan ABŞ prezidenti Barak Obama zarafatlarıyla qonaqları əyləndirib.

Ölkənin tanınmış simalarının qatıldığı tədbirdə ən maraqlı an prezidentin “Mənim hirsli tərcüməçim” adlandırdığı Lüterin tribunaya çıxmasından sonra yaşanıb.

Belə ki, Obamanın sözlərinə fərqli yozum verən Lüter prezidentin “Sürətlə dəyişən həyatımızda Ağ Ev Müxbirləri Dərnəyinin şam yeməyi kimi adətlər çox önəmlidir” nitqini belə təqdim edib:

“Bu gecə nə olan şeydir? Niyə buradayam?”.

Salonda əyləşənlərin qəhqəhəsinə səbəb olan bu dialoqdan sonra Obama zarafatları ilə yadda qalıb. O, prezidentliyi dövründə çox yaşlandığını deyərək, Ağ Evin xəbəri olmadan İsrailin baş naziri Binyamin Netanyahunu ABŞ Konqresinə dəvət edən Təmsilçilər Məclisinin başçısı Con Beynerə də söz atıb:

“Saçlarım ağarıb. Con Netanyahunu dəfn mərasimimdə nitq söyləmək üçün artıq indidən dəvət edib”.

Obama keçmiş xarici işlər naziri Hillari Klintonu da yaddan çıxarmayıb. Klintonun vaxtilə Nyu-Yorkdan VAN (Value-Added Network – poçt qutusu rolunu oynayan, lazımi məlumatların nəzərdə tutulan yerlərə çatdırılmasına xidmət edən vasitə növü – red.) tipli nəqliyyat avsitəsi ilə 15 saatlıq səfərinə atmaca atan prezident “Bir neçə həftə əvvəl milyonlar qazanırdı. İndi isə VAN-da yaşayır” deyib.


[media=https://www.youtube.com/watch?t=90&v=oWX2WxJUVz4]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.