İranda zəlzələ oldu

5-04-2025, 00:19           
İranda zəlzələ oldu
Bu gün İranın cənub bölgəsində, Hormozqan əyalətində 3,9 bal gücündə zəlzələ baş verib.
Bakupost.az xəbər verir ki, Tehran Universitetinin Geofizika İnstitutuna bağlı Milli Seysmoloji Mərkəz zəlzələnin episentrinin Bəndər-e-Lənge şəhərindən 31 km aralıda, yerin 10 km dərinliyində yerləşdiyini açıqlayıb.
Zəlzələ bölgədə qısa müddətli təşvişə səbəb olub. Yeraltı təkanlar zəif hiss edilib.
Hormozqan əyaləti, xüsusilə Fars körfəzi sahillərində yerləşən bölgələr, İranın ən aktiv seysmik zonalarından biri hesab olunur. Əyalətdə bundan əvvəl də bir neçə güclü zəlzələ baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru