Azərbaycanlını qətlə yetirən rusiyalı polisin ittiham olunduğu maddə dəyişdirilib - Daha yüngül maddə...

31-05-2021, 18:47           
Azərbaycanlını qətlə yetirən rusiyalı polisin ittiham olunduğu maddə dəyişdirilib -
Rusiyanın Novosibirsk şəhərində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi güllələyn 38 yaşlı baş leytenant Aleksandr Qusevin ittiham maddəsi dəyişdirilib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Ona qarşı yeni, “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cinayət işi açılıb. Bundan əvvəl o, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə ittiham olunurdu.

Xatırladaq ki, hadisə mayın 28-də baş verib. Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü R.Qurbanov polisin xidməti avtomobilinə tərəf aparılıb.

Bu vaxt sərnişin V.Abdullayev dostuna kömək etmək üçün müdaxilə etməyə çalışıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını burub və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapançadan atəş açıb.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya gətirilib və iki gün komada qaldıqdan sonra vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru