Lukaşenkoya qarşı strateji səhvə yol verdik - Bolton

1-06-2021, 09:00           
Lukaşenkoya qarşı strateji səhvə yol verdik - Bolton
ABŞ və Avropa Birliyi ötən yay Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı etirazlara düzgün reaksiya verməməklə strateji səhvə yol verdilər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun "Vaşinqton Post"dakı məqaləsində bildirilib.

Bolton qeyd edib ki, Qərb "Ryaneyr" insidentində də səhvə yol verərək, Lukaşenkonu Rusiya lideri Vladimir Putinin "qucağına" itələdi:

"Təəssüf ki, iqtisadi sanksiyalar, mənəvi siqnallar daha böyük bir problemin həlli üçün qənaətbəxş bir Qərb strategiyası deyil".

Bolton vurğulayıb ki, ötən yay etiraz aksiyaları zamanı da nümayişçilər nə Rusiyaya, nə də Qərbə sadiq olduqlarını göstərdilər: "Onlar bu mübarizədə piyada olmaq istəmirlər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.