Rusiya “dost olmayan ölkələr” siyahısında – Moskvaya qarşı şok həmlə

1-06-2021, 10:01           
Rusiya “dost olmayan ölkələr” siyahısında –
İngiltərənin Xarici işlər naziri Dominik Rab NATO-nun bu gün keçirilən toplantısında Rusiyanın təhlükəli fəaliyyətləri barədə açıqlama verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat verib.

Diplomat İngiltərə hökumətinin Ukrayna ilə sərhəddə hərbi qüvvələrin yığılması daxil olmaqla, Rusiyanın bir sıra fəaliyyətlərinə etirazlarını bildirməyə qərar verdiyini söyləyib.

Rab Rusiyanın “dost olmayan ölkələr” siyahısına daxil ediləcəyini də açıqlayıb.

Nazir Moskvanın “səssiz razılığı” olmadan “Ryanair” təyyarəsinin Minskə endirilməsinin mümkün olmadığını, bu məsələyə də baxılacağını deyib.

Qəzet NATO Baş katibi Yens Stoltenberqin bu məsələlərdə ingilis nazirlə həmfikir olduğunu diqqətə çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru