Silah sərgisindəki boş pavilyon qalmaqalı davam edir - Rusiya Ermənistana qarşı cinayət işi qaldırıb

1-06-2021, 21:24           
Silah sərgisindəki boş pavilyon qalmaqalı davam edir - Rusiya Ermənistana qarşı cinayət işi qaldırıb
BƏƏ-də bu ilin fevralında keçirilmiş sərgidə Ermənistanın boş silah pavilyonu ayıbı hələ davam edir. Həmin sərgidə Ermənistan boş pavilyonla yaddaşlarda qalıb.

KONKRET.az erməni portallarına istinadla xəbər verir ki, buna görə Rusiyada Ermənistana qarşı cinayət işi başladılıb. Ermənistan Amerika silahlarını Rusiya ərazisindən keçirməyə cəhd göstərdiyinə görə cinayət məsuliyyəti daşıyır.

Söhbət BƏƏ sərgisi üçün Rusiya ərazisindən daşınaraq, təyinat yerinə çatmayan silahlardan gedir. Hələki heç bir məmur məsuliyyətə cəlb olunmayıb.

Erməni pavilyonu üçün nəzərdə tutulmuş silahlar hələ də Rusiya ərazisindədir, çünki erməni pavilyonunu təşkil edən struktur Rusiya tərəfinə heç bir məlumat verməyib.

Xatırladırıq ki, fevral ayının 21-i başlayıb, 4 gün davam edən Beynəlxalq Müdafiə Sərgisində müxtəlif ölkələrlə yanaşı, Azərbaycan da iştirak edib və ölkəmizi layiqli təmsil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru