İsraildə 11-ci prezident seçkiləri keçiriləcək

2-06-2021, 06:25           
İsraildə 11-ci prezident seçkiləri keçiriləcəkİsrailin yeni prezidentinin seçkiləri Knessetdə (ölkə parlamenti) keçiriləcək. İyul ayının ilk ongünlüyündə seçilən namizəd Reuven Rivlini əvəz edəcək və Yəhudi dövlətinin 11-ci başçısı olacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə parlamentin mətbuat xidməti bildirib. İsrailin növbəti prezidentinə seçkilər 2 İyunda baş tutacaq. Məlumata əsasən, prezident seçkiləri Knesset plenumunda gizli səsvermə yolu ilə keçiriləcək.

Qarşıdakı seçkilərdə prezidentliyə iki namizəd var. Bu, İsrail üçün Yəhudi Agentliyi "Sokhnut" un 2018-ci ildən bəri rəhbəri olan İzhak Herzog və Miriam Peretzdir - ölkə tarixində ikinci qadın prezidentliyə namizəd, 2018-ci ildə "İsrail ruhunun gücləndirilməsinə" verdiyi töhfəyə görə nüfuzlu İsrail mükafatına layiq görülmüşdür.

Hazırkı prezident Reuven Rivlinin səlahiyyət müddəti 9 iyulda başa çatır. Qanuna görə, xələfinin seçimi bu tarixdən ən geci 30 gün əvvəl keçirilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru