BMT Təhlükəsizlik Şurası Əfqanıstandakı vəziyyətlə əlaqədar yüksək səviyyəli görüş keçirəcək

2-06-2021, 06:36           
BMT Təhlükəsizlik Şurası Əfqanıstandakı vəziyyətlə əlaqədar yüksək səviyyəli görüş keçirəcək
BMT Təhlükəsizlik Şurası (TŞ) 22 iyun tarixində Əfqanıstandakı vəziyyət və bəynəlxalq təşkilatının bu ölkədəki missiyası ilə əlaqədar yüksək səviyyəli görüş keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Estoniyanın BMT-dəki Daimi Nümayəndəsi Sven Yurqenson iyun ayında BMT Təhlükəsizlik Şurasına (TŞ) Estoniyanın sədrliyinin başlaması ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirdi.

O qeyd edib: "UNAMA, Əfqanıstan üzrə yüksək səviyyəli görüş keçirməyi planlaşdırırıq, bu mütəmadi bir görüş olacaq".

BMT Təhlükəsizlik Şurasının iyun ayı iclaslarının cədvəlində bu tədbirin 22 iyun tarixində keçirilməsi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru