Dünyanın axtardığı azərbaycanlı qadın terrorda ittiham olunur - FOTO

21-06-2021, 12:22           
Dünyanın axtardığı azərbaycanlı qadın terrorda ittiham olunur - FOTO
Rusiya tərəfindən axtarışa verilən, Kabardin-Balkar Respublikasının Proxdladnı şəhərində doğulan əslən Azərbaycandan olan 25 yaşlı Rəzzaqova Günay terrorçuluqda, ekstremizmdə və terrorçulara maddi yardım göstərməkdə ittiham edilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, Rəzzəqova “Əhli Sünnə vəl Camaa” qruplaşmanın üzvü olub.

***

saat 09.39

Rusiya daha 3 azərbaycanlı barəsində beynəlxalq axtarış elan edib.

Lent.az-ın məlumatına görə, ölkənin hüquq-mühafizə orqanları Surqut şəhərində doğulan əslən azərbaycanlı 36 yaşlı Sahib Quliyev, Yekaterinburq şəhərində dünyaya gələn 33 yaşlı Məmmədov Rəşadı beynəlxalq axtarışa verib.

Axtarışa verilən daha bir azərbaycanlı isə qadındır. O, Kabardin-Balkar Respublikasının Proxdladnı şəhərində doğulan əslən Azərbaycandan olan 25 yaşlı Rəzzaqova Günaydır.

Hər üç şəxs terror qruplaşmaları və qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etməkdə şübhəli bilinir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru