Putinin telefon blitskriqi: Obama 106 yaşlı qarı ilə oynayır, o isə...

27-02-2016, 00:36           
Putinin telefon blitskriqi: Obama 106 yaşlı qarı ilə oynayır, o isə...
ABŞ prezidenti Barak Obamanın başı Ağ Evdə 106 yaşlı qarı ilə rəqs etməyə və ölkəsində keçirilən praymeriz kampaniyasını izləməyə qarışdığı bir vaxtda Putin daha bir blitskirq-ildırım sürətli əməliyyat həyata keçirib və Yaxın Şərqdə nüfuzlu lider statusunu daha da möhkəmləndirib

Politika.Az xəbər verir ki, bu haqda İsrailin Ynet.com nəşri yazır.

Xatırladılır ki, Rusiya prezidenti fevralın 24-də Yaxın Şərqdəki əsas oyunçularla seriya telefon danışıqları həyata keçirib və onlarla regiondakı vəziyyəti, konkret olaraq Suriyanı prosesləri müzakirə edib.

Putin əvvəlcə Suriya prezidenti Bəşər Əsədlə danışıb, Əsəd onu əmin edib ki, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsə əməl edəcək. Kreml bildirib ki, tərəflər habelə “İslam dövləti”inə və “Əl Nüsra Cəbhəsi”inə qarş mübarizəni müzakirə ediblər.

Daha sonra Putin Səudiyyə kralı Salmanla danışıb. Tərəflər Suriyada əməkdaşlıq məsələlərini müzakirə ediblər. Kremlin yaydığı açıqlamaya əsasən kral atəşkəs razılaşmasını alqışlayıb və vəd edib ki, bu razılaşmanın həyata keçirilməsinin bütün mərhələlərində iştirak etməyə hazırdır.

Putin həmin gün telefon danışıqlarını davam etdirərək İran prezidenti Həsən Ruhaniyə zəng vurub. Bu söhbət də Suriyadakı vəziyyətə həsr olunub. İran prezidenti atəşkəsə dəstək verməyə hazır olduqlarını ifadə edib. Kreml bildirib ki, Putin və Ruhani Suriyada “İslam dövləti”inə qarşı birgə mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Nəhayət həmin gün Putin İsrail baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Kreml telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyətin müzakirə olunduğunu bildirib, təfərrüatlar açıqlanmayıb. İsrail nəşri qeyd edir ki, bu telefon danışıqları arasında kral Salmana edilən zəng xüsusilə mühümdür. Çünki Səudiyyə Əsəd rejiminin devrilməsinə çalışır və ona qarşı mübarizə aparan radikal islamçı qruplaşmalara dəstək verir. Hərçənd ki, analitiklərə görə kral atəşkəsə dəstək versə onun yerinə yetirilməsinə şübhə ilə yanaşır və Suriya siyasətini dəyişən deyil.

Xatırladaq ki, Putin dünən fevralın 25-də Azərbaycan prezidentinə də zəng vurub, tərəflər iki ölkə arasındakı əməkdaşlıq məsələləri ilə yanaşı Suriyada atəşkəsə dair razılaşmanın yerinə yetirilməsinin vacibliyini də müzakirə ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.