Bakı zavodunu yükləməyə hazırıq – Putin

20-06-2025, 10:44           
Bakı zavodunu yükləməyə hazırıq – Putin
Rusiya və Azərbaycan logistika və istehsal, xüsusən də gəmiqayırma sahəsində birgə layihələr hazırlayır.

TEREF Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bizim yaxşı layihələrimiz var – “Şimal-Cənub” və logistika sahəsində və yeri gəlmişkən, istehsalatda, o cümlədən gəmiqayırmada bir sıra digər yaxşı sahələrdə. Biz sifarişlərimizlə Bakı gəmiqayırma zavodunu yükləməyə hazırıq”, – o bildirib.

Putin qeyd edib ki, Azərbaycanla birgə layihələrin yaxşı məzmunu var:

“Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumiyyətlə, Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7% artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru