Azərbaycanın bu regionunda şəkər tozu qıtlığı yaşanır - VİDEO

20-06-2025, 10:38           
Azərbaycanın bu regionunda şəkər tozu qıtlığı yaşanır - VİDEO
Tovuzda artıq bir neçə gündür ki, şəkər tozu qıtlığı yaşanır.
TEREF Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun kəndlərində yerləşən mağaza və marketlərdə şəkər tozu tapılmır.

Cəmi bir marketdə şəkər tozu yalnız 50 kq-lıq kisələrdə satılır. Bu da alıcıların büdcələrinə uyğun gəlmir.

Sakinlər iddia edirlər ki, meyvə mövsümündə hər il olduğu kimi bu il də şəkər tozuna tələbat artıb. Çünki mürəbbə və kompotlar məhz şəkər tozları ilə hazırlanır.

Satıcılar da şəkər tozunun nə vaxt gələcəyindən xəbərsizdirlər. Onların sözlərinə görə, hər üç müştəridən ikisi şəkər tozu istəyir. Şirkətlər isə mağazalara yaxın günlərdə şəkər tozunun gələcəyini bildiriblər.

Məhsulun qiymətində isə hələki artım müşahidə olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru