Hindistanda kişi ailəsinin 14 üzvünü, eləcə də 8 uşağı qətlə yetirib

28-02-2016, 11:55           
Hindistanda kişi ailəsinin 14 üzvünü, eləcə də 8 uşağı qətlə yetirib
Hindistanda kişi ailəsinin 14 üzvünü, o cümlədən 8 uşağı bıçaqla qətlə yetirib və daha sonra özünü asıb.

"Report" "Indian Express"ə istinadən xəbər verir ki, 35 yaşlı Hansil Varekar Txane şəhərində bayram tədbirləri təşkilatçısı işləyib və onlar dairədə imkanlı ailə hesab olunublar.

Polisin məlumatına görə, şənbə günü axşam Varekarın evində qonaqlar olub və qohumların çoxu gecəni onlarda qalıb. Gecə saat 2 radələrində cani evin giriş qapılarını bağlayaraq həyat yoldaşını, 8 uşağı, 3 bacısını və valideynlərini yatmış vəziyyətdə qətlə yetirib. Qətl aləti hadisədən dərhal sonra özünü asan ailə başçısının yanında aşkar edilib.

Hadisə barədə polisə sağ qalan bacılardan biri xəbər verib. O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.