Müsəlman ölkəsi niqabı qadağan edir

10-03-2016, 20:51           
Müsəlman ölkəsi niqabı qadağan edir
Misir hökuməti qadınlara niqabı qadağan etmək niyyətindədir. ANS PRESS-in məlumatına görə, artıq parlamentarilər bu geyim formasını qadağan edən yeni qanun layihəsi üzərində işləyir.

Qadağa hökumət müəsisələrində və ictimai yerlərdə işləyən xanımlara şamil ediləcək.

Əl-Əzxar universitetinin professoru hüquşünas Amna Noseir bildirib ki, pərəncə də İslamda vacib buyurulmur və müsəlmanlarla heç bir bağlılığı yoxdur.

Xanım Amna vurğulayıb ki, bu geyim Ərəbistan yarımadasında İslama qədər yaranan yəhudi adət-ənənəsinin nümunəsidir. Quranda pərəncə örtülməsi barədə heç nə deyilmir. Professor həmçinin onu da qeyd edib ki, qadınlar ciddi, qapalı geyinə və saçlarını örtə bilərlər, lakin üzü bütünlüklə örtmək vacib deyil.

Misirdə son illər qadınların niqab örtməsi ilə bağlı bir sıra qadağalar tətbiq edilir. Bu ilin fevralında Qahirə universiteti tibb bacılarına və həkimlərə təhsil mərkəzinə və xəstaxanalara niqabla gəlməyi qadağan edib. Universitet “xəstələrin və universitetin maraqlarının” arqument gətirərək bu addımı atıb.

Ötən ilin sentyabrından isə universitet müəllimələrinə niqab geyinilməsi qadağan edilib. Qadağaya səbəb tələbələrin üzləri örtülü olan müəllimlərin biliklərini çatdıra bilməmələri və niqabın effektiv təhsil verilməsinə mane olması ilə bağlı şikayətləri olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.