'Meqa Sığorta' şirkətinin saxtakarlığı üzə çıxdı...

19-06-2025, 11:44           
 'Meqa Sığorta' şirkətinin saxtakarlığı üzə çıxdı...
Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşayan Hacıyev Mehman Mahmud oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına məktub daxil olub. Məktubu olduğu kimi dərc edirik:

“Mən, Hacıyev Mehman Mahmud oğlu, yazaraq qarşılaşdığım haqsızlıqları diqqətinizə çatdırmaq istəyirəm.

Bildirim ki, 40 ilə yaxındır avtomobil idarə edirəm. Bu 40 ildə bir dəfə də olsun nə qəza törətmişəm, nə də adıma bir bal belə, cərimə yazılıb.

21.05.2025-ci il tarixində növbəti icbari sığorta müqaviləsi bağlamaq üçün "Meqa Sığorta" şirkətinə müraciət etdim. Mənə 150 AZN rüsum ödəməli olduğumu bildirdilər. Etirazımı bildirdikdə isə dedilər ki, keçən il 77 PC 480 nömrəli "Saipa" markalı avtomobilinlə qəza törətmisən, o səbəbdən sənin cərimə balın 2 dəfədən çox artıb. Dedim ki, mənim o nişanda avtomobilim yoxdur. Amma mən dedim, mən də eşitdim.

Hüquqlarımı bərpa etmək üçün Qobu Polis bölməsinə müraciət etdim. Məlum oldu ki, avtomobil "Atlas Cras" şirkətinə məxsusdur və hansısa maraq xatirinə mənim sığortamdan istifadə ediblər. Yəqin fikirləşiblər ki, 70 yaşlı adamdır, nə biləcək.

İş polisə düşəndən sonra başladılar mənə yalvarmağa. Hətta 150 AZN rüsumu da özləri ödədilər. Adıma bağlanılan saxta müqaviləni də sizə təqdim edəcəyəm. Müqavilədə qeyd olunan telefon nömrəsi də sənəd kimi saxtadır.

Bu məlumatı paylaşmaqda məqsıdim odur ki, belə hallarla rastlaşan şəxslər dərhal polisə müraciət etsinlər, həmin məbləği ödməsinlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru