BİZƏ ALTERNATİV DİL DEYİN!

19-06-2025, 12:04           
BİZƏ ALTERNATİV DİL DEYİN!
Artıq bu ölkədə Azərbaycan dilində danışan adamı başa düşmürlər.
Bir cümləlik fikrin varsa, canının dərdindən üç cümlə ilə ifadə edirsən. Əlavə sual olmasın. Artıq-əskik danışılmasın. Öz bildiklərini deyirlər. Üzünə dururlar. Deyirlər sən belə dedin. Sən səhvsən...
Səhv olduğunu sənə izah etməyə çalışırlar. Qurduqları cümlədə işlətdikləri sözlərin biri rus, üçü ingilis, altısı türk dilində...
BİZƏ ALTERNATİV DİL DEYİN!
Adamın ürəyi partlayır. Adamın ürəyini partladırlar. Adam istəyir söyüş söysün. Baxır ki, söyüşlərin də ən sanballısı rus və ingilis dilində...
BİZƏ ALTERNATİV DİL DEYİN!
Elə dil ki, o dildə bir ölkənin bütün vətəndaşları bir-birini yormadan başa düşsünlər. Ağızlarını, burunlarını əymədən bu dilə hörmət etsinlər!
Gunes Merd
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru