Qarabağ müharibəsi veteranı indi də Ukraynada döyüşür - FOTO

10-03-2016, 21:07           
Qarabağ müharibəsi veteranı indi də Ukraynada döyüşür - FOTO
Böyük Britaniyanın “Guardina” qəzetinin əməkdaşı Yelena Savçuk Ukraynanın Şərqində hökumət tərəfdən separatçılara qarşı vuruşan könüllü “Aydar” batalyonundan reportaj hazırlayıb.

Modern.az qəzetin rəsmi saytına istinadən xəbər verir ki, Luqansk vilayətinin Şastya qəsəbəsindəki hərbi hospitaldan hazırlanan reportajda batalyonun qadın döyüşçülərinə xüsusi diqqət ayrılıb.

Maraqlıdır ki, “Guadian”a danışan batalyonun sanitar xidmətinin rəhbəri Tatyana Bondarenko Dağlıq Qarabağ münaqişəsində də tibb işçisi kimi iştirakından bəhs edib.

Məqalənin müəllifi Anna Savçukun məlumatına görə yaşının çoxluğuna görə batalyonda daha çox “Mama Tanya” adı ilə çağırlan Bondarenko 1990-cı illərin əvvəllərində həyat yoldaşı ilə Azərbaycanda yaşayıb və Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan ordusunda sanitar kimi çalışıb. Məhz Qarabağda azərbaycanlı əsgərlərə tibb yardım göstərmə təcrübəsi qazanan “Mama Tanya” hazırda həmin təcrübəni vətənində tətbiq edir.

“Biz burada bir ailə kimiyik”-deyə o, “Guardian”a qısa açıqlamasında deyib.

Tatyana Bondarenko 2014-cü ilin mayında Luqansk vilayətnidə separatçılara girov düşdüyünü və bir neçə gündən sonra dəyişdirilərək yenidən “Aydar” batalyouna qaytarıldığını da xatırlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.