İngiltərədə itlər tərəfindən hücuma məruz qalan 116 qoyun yaşadıqları stresə dayana bilməyərək, can veriblər.
Musavat.com xəbər verir ki, İngiltərənin Qərbi Sasseks bölgəsində yerləşən bir fermada 116 qoyun itlərin hücumuna məruz qalıb.
Məlumata görə, fermanın sahibi və oğlu hadisəni belə şərh ediblər: “Qoyunlar fermadan uzaq sahəyə qədər qaçdılar. Daha sonra 4 metr yüksəkliyində olan quyuya doğru hərəkət etdilər. Quyunun içərisində böyük stres yaşayan qoyunlar şok keçirdilər”.
İngiltərənin Milli Fermerlər Qurumunun bildirdiyinə görə, qoyun stressi bir və ya birdən çox qoyunun itlər, qurdlar və başqa vəhşilər tərəfindən hürküdülərək, narahat edilməsinə deyilir.
Hürküdülən qoyunlar itlər tərəfindən öldürülməsə də, yaşadıqları həddən artıq stress nəticəsində ölürlər.