Paris ŞOKDA: Rusiyanın nüvə silahları Fransa sahillərində
10-03-2016, 23:30
Yanvarın əvvəlində Fransa sahillərinin yaxınlığındakı Biskay körfəzində Rusiyaya məxsus atom sualtı gəmisi qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə yüksək vəzifəli mənbələrə istinadən “Le Nouvel Observateur” qəzeti bildirib.
Mənbələrin sözlərinə görə, sualtı gəminin içində nüvə döyüş başlıqları ilə təchiz edilən raketləri olması təxmin edilir. “Le Nouvel Observateur” qeyd edir ki, “soyuq müharibə”nin başa çatmasından sonra Fransanın bu bölgəsində Rusiyanın sualtı gəmisi ilk dəfədir görünür.
Fransanın Müdafiə Nazirliyi informasiyanı nə təsdiq, nə də təkzib edib.