Rusiyanın sabiq mətbuat naziri Mixail Lesin başından aldığı xəsarətlərdən ölüb

11-03-2016, 09:47           

Rusiyanın sabiq mətbuat naziri Mixail Lesinin ölümünə səbəb baş nahiyəsində müəyyən edilən xəsarətlər olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, belə qənaətə ABŞ-ın məhkəmə-tibbi ekspertləri gəliblər.

“Ölüm səbəbi baş nahiyəsindəki xəsarətlər olub”, - deyə Vaşinqtonun Məhkəmə-Tibbi Ekspertiza ofisinin kommunikasiyalar üzrə direktoru Laşon Bimon bildirib. O, ölümün xarakterinin müəyyən edilmədiyini qeyd edib.

Məlumata görə, polis araşdırmanı davam etdirir.

Qeyd edək ki, Rusiyanın keçmiş mətbuat naziri və “Qazprom-media” ASC-nin sabiq rəhbəri Mixail Lesinin cəsədi 2015-ci ilin noyabrın 5-də Vaşinqtondakı otellərin birində aşkarlanıb. O noyabrın 13-də Los Ancelesdə dəfn edilib.

Lesin 1999-2004-cü illərdə Rusiyanın mətbuat, teleradio yayımı və kütləvi kommunikasiya vasitələri üzrə nazir vəzifəsində çalışıb.

O, həmçinin 2013-2015-ci illədrə “Qazprom –Media Xoldinq” ASC-nin İdarə Heyətinin sədri olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.