Polşa: “Kaçinskini buna görə öldürdülər”

15-03-2016, 10:04           

2010-cu il Smolenks aviaqəzası teraktdır.

Axar.az xəbər verir ki, bunu Polşa Müdafiə naziri Anton Matsereviç Torune şəhərində keçirilən “Müasir siyasət: konfliktlər və terrorizm” konfransında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, hazırkı dövrdə Qərbə qarşı terrorizm miqrasiya axınının gücləndirilməsi yolu ilə istifadə edilir:

“Məqsəd Avropa qitəsinin destablizasiyasıdır. Polşa 30-cu illərdə terrorizmin ilk qurbanı olub. Smolensk qəzasından sonra isə biz artıq deyə bilərik ki, Polşa müasir konflikt çərçivəsində də terrorizmin ilk qurbanına çevrilib. 2009-cü ildə bizim Xatın soyqırımını qaldırmağımız bütün dünyada reaksiyaya səbəb oldu. Heç kim bunu gözləmirdi. Bu reaksiya bütün Polşa elitasının ölümünə səbəb oldu. Polşa onu müstəqilliyə aparan liderlərindən Smolenskdə məhrum edildi”.

Qeyd edək ki, Polşanın eks-prezidenti Lex Kaçinski və hökumətin bir çox nümayəndələri 2010-cu ildə Smolenskdə aviaqəza nəticəsində həlak olublar. Polşa indiyə qədər bunu Rusiyanın törətdiyini iddia etsə də, rəsmi Moskva bu ittihamların heç birini qəbul etmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.