Yeni ili bizim otellərdə qarşılamaq neçəyə başa gəlir? – Fantastik qiymətlər

27-11-2024, 18:27           
Yeni ili bizim otellərdə qarşılamaq neçəyə başa gəlir? – Fantastik qiymətlər
Yeni ilə sayılı günlər qalıb. Artıq əksər otellər bayram şou proqramlarını tərtib ediblər. Açıqlanan qiymətlər “cib yandırır”.

Tribunainfo.az bəzi otellərin Yeni il gecəsi baş tutacaq şou proqram qiymətlərini oxuculara təqdim edir:

Yeni ili “Lankaran Springs” otelində qeyd etmək 1399 manatdan başlayır. Qiymət 3 gün, 2 gecə (31 dekabr-2 yanvar) üçün nəzərdə tutulub. Qiymətə oteldə gecələmə, 3 dəfə qidalanma, Yeni il festivalı daxildir.

“Basqal Resort” oteldə iki nəfər üçün Yeni ili qarşılamaq isə 1520 manatdan başlayır. Qiymətə səhər və şam yeməyi, Yeni il gecəsi daxildir. Qiymət 31 dekabr 2 yanvar üçün keçərlidir.

“Qalaaltı Hotel” isə qiymətlər seçdiyiniz otağa görə dəyişir. Əsas bina superior nömrədə 2 nəfər gecələmə 3 dəfə qidalanma daxil 690 manatdır. “Tree hous” superior nömrədə 2 nəfər gecələmə, 3 dəfə qidalanma daxil 640 manatdır.
Qiymət bir gün (31 dekabr) üçün nəzərdə tutulub. Qiymətə həmçinin Yeni il gecəsi şou proqramı daxilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru