İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya

27-11-2024, 18:44           
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi barədə məlumat yayılıb.

İddialarla əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən vəzifədə başqa şəxs çalışır.

Rəsmi açıqlamada qeyd edilib ki, sosial şəbəkələrdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun öz bacısı oğlu Ağayev Murad Əsgər oğlunu özünə köməkçi təyin etməsi ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır: “Məlumat üçün bildiririk ki, başçının köməkçisi vəzifəsinə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 27.01.2023-cü il tarixli 11 nömrəli Əmri ilə Əsgərli Hikmət Malik oğlu təyin edilib və hazırda həmin vəzifədə işləyir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru