YPG Əsədin əsgərlərinə hücum etdi, Suriya yenidən qarışdı

17-03-2016, 10:38           

Rusların Suriyanı tərk etmək qərarından sonra darmadağın olmuş ölkədə maraqlı hadisələr baş verməkdədir.

Ölkə.az xəbər verir ki, Rusiyanın bombardmanlarını davam etdirdiyi zaman Əsəd ordusu ilə birlikdə Türkiyəyə qarşı silah çevirən terror təşkilatı YPG indi Əsədə qarşı çıxıb.

Bu gün yayılan bir məlumatda Əsəd əsgərləri ilə YPG terrorçuları arasında silahlı qarşıdurmanın baş verdiyi bildirilir.

Xatırladırıq ki, 3 gün öncə Rusiyanın Suriyadan çəkilmək haqqındakı qərarından sonra PYD-YPG Suriyanın şimalında kürd dövləti yaratdıqlarını elan etmişdilər. Suriyanın parçalanmasını istəməyən Əsədin bu məsələyə mənfi münasibəti onun ordusunun qalıqları ilə kürd terrorçularının yaraqlıları arasında qarşıdurma yaradıb.

Suriyadakı "İnsan hüquqları təşkilatı"nın Londondakı ofisindən verilən xəbərə görə, kürdlər dünən gecəyarı Əsəd ordusunun əsgərlərinə hücum edərək onlarla əsgəri öldürüb və 60 əsgəri isə əsir götürüblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.