Fars-molla rejimindən daha bir iyrənc plan - soydaşlarımızı köçə məcbur edirlər
17-03-2016, 13:27
Azərbaycan Respublikasının sərhəddində yerləşən Germi şəhərinin Ofça kəndi əhalidən boşaldılır
Turkustan.info saytı xəbər verir ki, məcburi köçkünə çevrilməkdə olan kənd sakinlərindən bir neçəsi məcburi köçün qarşısını almaq üçün Ərdəbil Valiliyinə müraciət edib. Valiliyin onlara verdiyi cavab isə bundan ibarət olub: “Ofça kəndinin artıq geriyə yolu yoxdur və əhali kəndi tərk etməlidir. Hər bir kənd ən azı 10 ailədən ibarət olmalıdır... .”
Kənd əhalisinin məişət problemlərini dinləməyən Valilik rəsmiləri, yeni kəndin salınması üçün də ən azı 10 ailənin olmasını şərt qoyublar (Gunaz.tv).
Məlumata görə, rejimin rəsmi orqanları kənd əhalisini köçməyə məcbur etmək üçün dəfələrlə kəndin giriş-çıxış yollarını bağlayıb və əhaliyə verilən su və elektrik enerjisini kəsiblər.