ABŞ tankları Rusiyaya qarşı: sərhəddə gərginlik

18-03-2016, 00:41           
ABŞ tankları Rusiyaya qarşı: sərhəddə gərginlik
ABŞ Şərqi Avropada daimi əsasda zirehli tank briqadasını yerləşdirmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı missiyasının ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Cek Xilmeyeraya istinadən “Eesti Paevaleht” nəşri bildirib.
ABŞ-ın nümayəndəsi bildirib ki, Şərqi Avropada zirehli tank briqadasının yerləşdirilməsi Rusiya və NATO arasındakı razılaşmaya zidd deyil.
Tank briqadasının Şərqi Avropanın məhz hansı ölkələrində yerləşdiriləcəyi dəqiqləşdirilmir. Sözügedən briqada Amerikanın Avropadakı üçüncü briqadası olacaq. İki analoji birləşmə hazırda Almaniya və İtaliyadadır.
Gözlənildiyi kimi, Rusiya ilə sərhədlərin yaxınlığında NATO qoşunlarının artırılması haqqında qərar hərbi ittifaqın Varşavada iyul ayında keçiriləcək sammitində qəbul ediləcək.
Rusiyanın ABŞ-a hansı cavab verəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, fevralın sonunda NATO-nun ekspertləri Şimali Atlantika İttifaqının döyüş bacarığı haqqında məruzəni dərc ediblər. Məruzədə qeyd olunub ki, NATO qüvvələri Rusiya ilə qarşıdurmaya hazır deyillər. Bildirilib ki, NATO-nun əsas üzvlərinin qoşunları maliyyələşmənin xroniki çatışmazlığından əziyyət çəkirlər. Məlumata görə, Almaniyanın Hərbi Hava Qüvvələrlərinin 31 “Tiger” vertolyotunun yalnız 10-u, 406 “Marder” piyada döyüş maşınından yalnız 280-i tətbiqə hazırdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.