Rusiya neftsiz qalacaq

18-03-2016, 00:42           
Rusiya neftsiz qalacaq
Rusiyanın neft ehtiyatları sadəcə 28 ilə bəs edər.
AzNews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının ekologiya və təbii sərvətlər naziri Sergey Donskoy məlumat verib. Onun sözlərinə görə çıxarılan neft ehtiyatları təxminən 29 milyard ton təşkil edir. Bununla da neft ehtiyatları artıq sadəcə 28 il müddətinə kifayət edə bilər.
“Bu, nəzəri cəhətdən yerdən çıxarıla bilən miqdardır. Xam neftin hasilatı (qaz kondensatı olmadan) 2015-ci ildə təxminən 505 milyon ton təşkil edib. Bunu nəzərə alaraq demək olar ki, açıq ehtiyatlar 57 ilə bəs edər”,-deyə nazir izah edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.