Rusiyada Ukrayna konsuluna hücum etdilər

18-03-2016, 10:12           

Ukrayna XİN Rusiyaya etiraz notası ünvanlayıb.

Ölkə.az xəbər verir ki, Qruznuya xidməti ezamiyyətə gedən Ukraynanın Rostovdakı konsulu Aleksandr Kovtun naməlum şəxslərin hücumuna məruz qalıb.

Ukrayna XİN-nin yaydığı bəyanatda bildirilir ki, konsul Kovtun Çeçenistanın paytaxtına burada mühakimə olunan Ukrayna vətəndaşları Nikolay Karpyuk və Stanislav Klıxın məhkəmə prosesində iştirak etmək üçün gəlibmiş.

"Rusiya tərəfindən öz ərazisindəki Ukrayna diplomatlarının təhlükəsizliyini təmin etməyi tələb edirik və tələb edirik ki, Qroznuda konsulumuza qarşı edilmiş hücumun təşkilatçıları tapılsın və məsuliyyətə cəlb olunsunlar", Ukrayna XİN-nin bəyanatında belə deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.